Gürcüstan Meliorasiya MMC-nin dəvəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri 09-10 mart 2023- cü il tarixində Gürcüstanda səfərdə olublar.
Fins.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib. Qardabani suvarma sistemlərinə baxış təşkil edilib. Görüşlər dostluq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.