BİZNES

07 Mart

“Woman in trading” investor xanımlar klubunun ilk görüşü keçirilib

AzFinance investisiya şirkətinin yaratdığı “Woman in trading” investor xanımlar klubunun üzvləri üçün ilk görüş keçirilib. Açılış nitqi ilə çıxış edən AzFinance investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova Azərbaycan investisiya şirkətlərində investisiya hesabı olan investor xanımlara klubun  missiyası və gələcək hədəfləri haqda məlumatlar verib.

Qiymətli kağızlar bazarında yaradılan rəqəmsal məhsullar, xüsusilə Trader.az platforması haqda investorlara məlumatlar verilib.

AzFinance-ın xarici bazarlar departamentinin rəhbəri Valeh Qənbərov səhm bazarında müasir yatırım fürsətləri, müştəri xidmətləri şöbəsinin rəhbəri Ayaz Sultanov isə daxili qiymətli kağızlar bazarı haqqında ətraflı məlumatlarla çıxış ediblər.

Xanım investorlara dövlət istiqrazları haqda məlumatlar verilib və kapital bazarının üstünlükləri haqda danışılıb.

Əlavə edək ki,  “Woman in trading” investor xanımlar klubuna qoşulmaq üçün investisiya hesabının olması kifayətdir. İnvestisiya hesabı olan xanımlar AzFinance investisiya şirkətinə müraciət edərək kluba üzv ola bilərlər.

Qeyd edək ki, heç bir yerə getmədən Trader.az platformasında pulsuz hesab açaraq investor xanımlar klubuna üzv ola bilərsiniz.