Azərbaycan bu ilin yanvar ayında 19 milyon dollarlıq geyim əşyaları idxal edib.
Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin geyim idxalına çəkdiyi xərc 2022-ci ilin eyni ayı ilə müqayisədə 40,5% və ya 5,5 milyon dollar artıb.
Əlavə edək ki, hesabat dövründə geyim idxalı ölkənin ümumi idxalının 1,35%-ni təşkil edib.