BİZNES

06 Mart

ASCO ötən il 1 tondan çox kağızı təkrar emala göndərib

2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bir tondan çox yaxın kağızı təkrar emala göndərib.

Fins.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən il ASCO-nun gəmilərindən 70,004 m³ plastmas, 819,105 m³ qida qalığı, 710,469 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 111,044 m³ istismar tullantısı, 10,172 m3 elektron tullantıları, 255 m³ neft qalığı-şlam, 5433,346 m³ döşəməaltı lyal sular, 93262,32 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

İl ərzində ASCO-nun sahil obyektləri üzrə 238,6 m³ çən dibində formalaşmış neftli şlam, 16,6 ton yanmış qəlib qumu, 2069,4 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 77091,16 ton məişət çirkab suyu, 510 ton neftli döşəməaltı-lyal su, 188,868 ton sürtgü yağı, 5466,06 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 978,82 m³ qida qalığı, 429,3 m³ polimer əsaslı və plastmas tullantı, 91,7 m³ yağlı və neftli tullantı, 165,75 m³ rezin tullantı, 68 ədəd akkumulyator və halvanik element, 539,35 m³ istismar tullantı, 21,5 m³ elektron tullantı, 0,526 m³ tibbi tullantılar aidiyyatı üzrə təhvil verilib.

2022-ci ildə 1,323 ton kağız, 0,724 ton plastmas, 8826,202 ton qara metal, 12,412 ton əlvan metal isə təkrar emala göndərilib.

©Report