Azərbaycan bu ilin yanvar ayında Gürcüstana 24,5 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 70,1% çoxdur.
Bununla Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalında üçüncü yerdə olub.
Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Gürcüstana ixracı 14,4 milyon dollar dəyərində olub.