2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Bu barədə Fins.Az-a Naxçıvan MR Dövlət Vergi Xidmətindən məlumat verilib. Məlumata əsasən,ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə çox olub.
Fevral ayında kommersiya qurumlarının 61%-i elektron qaydada, 39%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında uçota alınıb.