BİZNES

03 Mart

Avrozonada inflyasiya artıb

Avrozonada ötən ay illik inflyasiya 8,5%-ə yüksəlib.

Fins.Az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat açıqlayıb.

Məlumata görə, fevralda regionda aylıq inflyasiya isə 0,8% artıb. İnflyasiyanın əsas komponentləri arasında ən yüksək illik inflyasiya 15%-lə ərzaq, spirt və tütün məmulatlarında olub.

Hesabat dövründə inflyasiya Latviyada 20,1%, Estoniyada 17,8%, Litvada 17,2%, İtaliyada 9,9%, Almaniyada 9,3%, Fransada 7,2%, səviyyəsində olub.