Azərbaycandan bu ilin yanvar ayında 12 milyon dollar dəyərində 2,4 min ton fındıq ixrac edilib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,1 milyon dollar azalıb.
Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 4.24% təşkil edib.