BİZNES

01 Mart

Azərbaycanın pomidor ixracından qazancı 3 mln. dollar azalıb

Azərbaycan yanvar ayında 10,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Fins.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 23,3% azdır.