BİZNES

28 Fevral

Azərkosmos 37 ölkəyə 2 milyon dollara yaxın xidmət ixrac edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən ötən ay dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.  

Fins.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.

Məlumata görə görə, "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ini təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 359,2 min ABŞ dolları ilə Lüksemburq,  270,2 min ABŞ dolları ilə Fransa, 146 min ABŞ dolları ilə BƏƏ, 87,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.