BİZNES

24 Fevral

AYNA: Daşıyıcılara buraxılışla bağlı tələb ixraca ciddi təsir etməyəcək

Buraxılış vəsiqəsi olmayan daşıyıcı şirkətlərin beynəlxalq daşımalara buraxılmaması ölkənin ixracına ciddi təsir etməyəcək.

Fins.Az apa-ya istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O bildirib ki, daşıyıcı şirkətlərin buraxılış vəsiqələrini əldə etmələri üçün aprel ayının 8-nə kimi müddət verilib. Bununla bağlı AYNA gücləndirilmiş iş rejimində çalışır: "AYNA şirkətlərin müraciət və suallarını cavablandırmağa da hazırdır. Daşıyıcı şirkətlər kifayət qədər aktiv olsalar sürətlə buraxılış vərəqələrini əldə edə biləcəklər".

Qeyd edək ki, indiyə kimi 218 şirkətdən yalnız 84-ü və ya 16%-i beynəlxalq daşımalar üçün buraxılış vərəqələrini almaqla bağlı müraciət edib.