Azərbaycanda daşınmaz əmlakın ilkin qeydiyyat prosesinin avtomatlaşdırılması planlaşdırılır.
Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Bununla əlaqədar olaraq müvafiq qanunvericilik təşəbbüsləri paketi artıq razılaşdırılıb və yekunlaşmaq üzrədir", - o deyib.
Qeyd edək ki, hazırda ölkə üzrə daşınmaz əmlakın icbari sığortası növü üzrə 150 807 əmlak sığortalıdır. Yaşayış sahələri üzrə bağlanan müqavilələrin sayı 110 728 yəni 73.42%, qeyri yaşayış sahələri üzrə bağlanan müqavilə sayı isə 40 079 yəni 26.58% təşkil edib.