BİZNES

24 Fevral

Beynəlxalq yükdaşımaları həyata keçirən avtomobillərin sayı 8 mini ötüb

Beynəlxalq yükdaşımaları həyata keçirən avtomobillərin sayı 8 mini ötüb.

Fins.Az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir. Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb.

"Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. Görülmüş tədbirlər nəticəsində son dövrdə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımaların bütün istiqamətlər üzrə bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib", - deyə Rəhman Hümmətov əlavə edib.