BİZNES

23 Fevral

Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var - Britaniya səfiri

Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var.

Fins.Az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə region, eləcə də Avropa üçün bu və digər vacib məsələləri müzakirə etdik", - deyə qeyd edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir. Nazir Azərbaycanda bir sıra rəsmi görüşlər keçirib.