Fevralın 22-də Bakı Fond Birjası Bloomberg-in banklararası ticarət həlləri ilə bağlı tədbirində iştirak edib.
BFB-dən Fins.Az-a verilən məlumat görə, tədbirdə Bloomberg-in banklararası elektron ticarət həlləri və onun Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı haqqında ümumi məlumat, həmçinin makroiqtisadi və valyuta təhlili üçün terminaldan istifadə qaydaları nümayiş olunub.