BİZNES

22 Fevral

Türkiyə Azərbaycandan qeyri-neft idxalını 51% artırıb

Azərbaycan ötən ay Türkiyəyə 106,7 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 51,1% çoxdur.

Bununla Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının idxalında birinci yerdə olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Türkiyəyə ixracı 70,6 milyon dollar dəyərində olub.