BİZNES

22 Fevral

Ötən il regionlar üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

2022-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 52 mlrd. 172 mln. manata bərabər olub.

Fins.Az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamara görə, Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 20.2% artaraq 30 mlrd. 819 mln. manat təşkil edib. Nəzərə alaq ki, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcminın 59% paytaxtın payına düşür.

Mərkəzi-Aran iqtisadi rayonunda bu göstəricinin həcmi 12.2% artaraq 2 mlrd. 549 mln. manat, Abşeron-Xızı iqtisadi rayonunda 21.8% artaraq 2 mlrd. 307 mln. manat, Lənkəran-Astara iqtisadi rayonunda 17.7% artaraq 2 mlrd. 273 mln manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 15.5% aratarq 2 mlrd. 104 mln. manat, Qazax-Tovuz iqtisadi rayonunda 17.6% artaraq 1 mlrd. 964 mln. manat, Quba-Xacmaz iqtisadi rayonunda 14.6% artaraq 1 mlrd. 673 mln. manat, Şəki-Zaqatala iqtisadi rayonunda 15.2% artaraq 1 mlrd. 612 mln. manat, Şirvan-Salyan iqtisadi rayonunda 13.8% artaraq 1 mlrd. 681 mln. manat, Mil-Muğan iqtisad rayonunda 17.4% artaraq 1 mlrd. 309 mln. manat, Qarabağ iqtisadi rayonunda 19.55 artaraq 1 mlrd. 251 mln. manat, Dağlıq Şirvan iqtisadi rayonunda isə 15% artaraq 871 mln. manat təşkil edib.

©apa