BİZNES

22 Fevral

Azərbaycanda ictimai iaşə dövriyyəsi 22% artıb

Azərbaycanda ötən ay ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,1% artaraq 130,6 milyon manat olub.

Fins.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,4%-i hüquqi şəxslərin, 49,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar ayı ilə müqayisədə 26,3% artaraq 65,1 milyon manat olubdur.