BİZNES

22 Fevral

Maliyyə Nazirliyi təhsildə OMXÇ tətbiqi üzrə ortaya çıxan nöqsanları açıqlayıb

2021-ci ildə Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) təhsil sektorunda tətbiqi ilə bağlı monitorinqin nəticələri açıqlanıb.

Fins.Az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov bildirib ki, sektor üzrə 2021-ci ildə büdcə xərclərində təhsil xərcləri ilə bağlı proqnoz 2,596 milyon manat proqnozlaşdırılıb. 2021-ci ildə Elm və Təhsil Nazirliyinə 2,551.2 milyon manat və ya 98,3% sifariş əsasında ayrılıb.

R. Həsənov həmçinin təhsil sektorunda OMXÇ-nin tətbiqi ilə bağlı ortaya çıxan problemləri açıqlayıb: "Bəzi hallarda OMXÇ üzrə təhsildə hədəflənən nəticələrə nail olunmayıb. Fəaliyyət planının hazırlanması potensialının zəif olması səbəbindən büdcədə təhsil üzrə nəzərdə tutulan vəsaitlə hədəflənən nəticələrə nail olunmayıb. Məsələn, OMXÇ üzrə 2021-2024-cü illərdə 100 məktəblə bağlı işlərin görülməsi nəzərdə tutulubsa, 55 məktəbdə icra edilib".

Rəşad Həsənov bildirib ki, istifadə edilmiş bəzi nəticə indiqatorları təhsil sektorunda büdcə xərclərinin səmərəliliyinin və effektivliyinin tam qiymətləndirilməsinə imkan verməyib. Digər problem isə, bəzi fəaliyyət və tədbirlər üzrə indiqatorların təqdim edilməməsi səbəbindən təşkilatın nəticə göstəriciləri üzrə icra vəziyyətini düzgün qiymətləndirməyə imkan verməməsi olub.

©apa