BİZNES

22 Fevral

Ölkədə ayaqqabı istehsalı 3 dəfəyədək artıb

Azərbaycanda ötən ay toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 46,6 milyon manat dəyərində məhsul istehsal edilibdir.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2,9 dəfə, geyim istehsalında 25,4%, toxuculuq sənayesində isə 17,5% artım  müşahidə olunubdur.