BİZNES

21 Fevral

AZPROMO Macarıstanın İxracın Təşviqi Agentliyi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş direktorunun müavini Qabor Jenei ilə görüşüb.

Fins.Az-ın məlumatına görə, AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə biznes forumlar, işgüzar görüşlərin sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaranması, mövcud əlaqələrin gücləndirilməsi, biznes təşəbbüslərinin reallaşdırılması baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin AZPROMO və HEPA arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə ixrac və investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.