BİZNES

21 Fevral

Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 42,5 mini ötüb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu günə qədər 42 560 borcalana 2 milyard 442,505 milyon manat kredit verib.

Fins.Az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında qeyd edilib.

Qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 224 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.