Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 8,7 milyon ton yük, 120,3 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 1,2 faiz və 22,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,6 faiz, sərnişin dövriyyəsi isə 26,3 faiz artıb.