BİZNES

20 Fevral

Azərbaycan ilə Gürcüstanın ticarət dövriyyəsində son vəziyyət...

Azərbaycan ilə Gürcüstan arasında ötən ay ticarət dövriyyəsi 69,6 milyon dollar təşkil edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,3 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 63,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 6,3 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 72,9 milyon dollar təşkil edib.