BİZNES

20 Fevral

Vergi ödəyicilərinin sayı 5% artıb

Azərbaycanda bu ilin fevral ayının 1-nə uçotda olan 1 milyon 409 min 597 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Fins.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5%, o cümlədən kommersiya qurumlarının sayı 10,5% artıb.