Azərbaycandan ötən ay 5 milyon ABŞ dolları məbləğində 8 min ton alma ixrac edilib.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 2,5 milyon dollar və ya 2 dəfə çoxdur.
Əlavə edək ki, ötən ilin yanvar ayında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 3,9 min ton alma ixrac edib.