Azərbaycan və Dağıstan arasında iqtisadi potensialın reallaşdırılması müzakirə edilib.
Fins.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Dağıstan Respublikası hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. İkitərəfli əməkdaşlıq çərçivəsində iqtisadi potensialın reallaşdırılmasının, ticarət, KOB, sənaye və investisiya sahələrində əlaqələrin gücləndirilməsinin önəmini vurğuladıq", - nazir bildirib.