BİZNES

17 Fevral

Tesla 363 min avtomobilini geri çağırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 362 min 758 avtomobilini proqram təminatı yeniləmələri üçün geri çağırıb.

"Fins.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, "Tesla"nın 2016-2023 "Model S", "Model X", 2017-2023 "Model 3" və 2020-2023 "Model Y" modelləri təhlükəsizlik səbəbilə geri çağırılıb.