Azərbaycanla Almaniya arasında ötən ay ticarət dövriyyəsi 160.6 milyon dollara çatıb. Bu göstərici 2021-ci ilin eyni ayı ilə müqayisədə 58.5 milyon dollar azdır.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanın Almaniyaya ixracı 95 milyon dollar dəyərində olub.
Hesabat dövründə Azərbaycan bu ölkədən 65.6 milyon dollarlıq məhsul idxal edib.