Azərbaycanla Türkiyə arasında ötən ay ticarət dövriyyəsi 401,5 milyon dollar dəyərində olub.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 182,1 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın Türkiyəyə ixracı isə 219,3 milyon dəyərində olub.
Əlavə edək ki, ötən ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 444,6 milyon dollar təşkil edib.