BİZNES

17 Fevral

Nazir: "Özəlləşdirilmiş müəssisələrə 15 mln. manat investisiya qoyulub"

Azərbaycanda ötən il keçirilmiş investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 14.6 mln. manat investisiya qoyulub və birdəfəlik ödəniş qaydasında 8.56 mln. manat dövlət büdcəsinə köçürülüb. 

Fins.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 400-ə yaxın iş yeri yaradılıb.