İqtisadiyyat Nazirliyi yanında İctimai Şura 2021-ci ildə yaradılıb. İctimai Şura olaraq bizi maraqlandıran ən vacib məsələ sahibkarların normativ-hüquqi sənədlərin hazırlanmasına cəlb edilməsidir.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, sahibkarların əksəriyyəti Şuranın fəaliyyətindən xəbərsizdir. “İctimai Şuranın mandatı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq vətəndaşların marağı çərçivəsində fikirləri öyrənmək və iqtisadiyyat nazirini bu barədə məlumatlandırmaqdır. Ümid edirik ki, birgə fəaliyyət ümumi işimizə, qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfəsini verəcək”, - deyə Ədalət Muradov qeyd edib.