2023-cü ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 55656 müraciət daxil olub.
Bu barədə Fins.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Qeyd edək ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış vahid platforma - 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng edə bilərlər.