Azərbaycan və İtaliya arasında ötən ay ticarət dövriyyəsi 652,6 milyon dollar dəyərində olub.
Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 91.4 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycan İtaliyaya 604,8 milyon dollarlıq mal ixrac edilib, bu ölkədən isə 47,8 milyon dollarlıq mal idxal edib.
Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.