BİZNES

15 Fevral

Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 1 milyard dollardan çox artıb

Azərbaycanla Hindistan arasında ötən il ticarət dövriyyəsi 1 milyard 882 milyon dollar dəyərində olub.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 1,14 milyard dollar və ya 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 219 milyon 448 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 662 milyon dollar dəyərində olub.

Əlavə edək ki, 2021-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin dəyəri 739 milyon 102 min dollar təşkil edib.