Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni ayına nisbətən 113,6% təşkil edib.
Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 117,5%, qeyri-ərzaq məhsulları üzrə 112,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7% olub.
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101% təşkil edib