BİZNES

10 Fevral

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransı keçirilir - FOTO

Fevralın 10-da “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransı keçirilir.

Fins.Az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müasir Azərbaycan dövlətinin və milli iqtisadiyyatın qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açıb. Bildirib ki, vahid qanunvericilik bazası yaradılıb, vergi siyasəti formalaşdırılıb. Son 5 ildə vergi sistemində böyük dəyişikliklər baş verib.

“Hazırda dövlətimiz tərəfindən vergi sistemində rəqəmsallaşma prioritet vəzifə kimi qarşıda qoyulub. 2022-ci ildə vergi daxilolmaları 15 milyard 541,9 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 82,2 faiz çoxdur. Qeyri- neft sektorundan daxilolmalar isə 8 milyard 134,9 milyon manat olub”, - deyə xidmət rəisi qeyd edib.