BİZNES

10 Fevral

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçirilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyininin (İB) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Mingəçevir şəhərində keçirilib.

Fins.Az xəbər verir ki, tədbirdə ilk olaraq birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev çıxış edərək aksiyanın məqsəd və məramı haqqında ətraflı məlumat verib.

Sonra KOBİA nümayəndəsi sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar. Sahibkarlar debitor borcun araşdırılmasını, sakinlər isə fərdi yaşayış evləri ilə yanaşı, xeyir-şər evinin qazlaşdırılmasını istəyiblər.

Səslənən təklif və problemlər yerindəcə aydınlaşdırılaraq müvafiq qərarların verilməsi üçün aidiyyəti üzrə yönləndirilib.