BİZNES

10 Fevral

"Azərkosmos": "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərindən 500 mln. manat gəlir əldə edilib

"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 2013-cü ildən "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.

Fins.Az xəbər verir ki, bunu "Azərkosmos"un sədr müavini Dunay Bədirxanov deyib.

O bildirib ki, bu gəlirlərin 90%-i Agentliyin ixrac edilən xidmətlərindən əldə edilib.

Agentlik 42 ölkədə 182 yerli və beynəlxalq müştəriyə, həmçinin 200 televiziya və radioya 5 dildə xidmət göstərir.

"Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib" - deyə sədr müavini əlavə edib.