2022-ci ildə 3 dövlət müəssisəsi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. Bu müəssisələrin özəlləşdirilməsi üzrə investisiya müsabiqələrində qalib gəlmiş investorlar tərəfindən ümumilikdə, təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-ə yaxın iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Fins.Az-a bildirilib ki, 2022-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 115,4 milyon manat təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz və ya 2,7 milyon manat çoxdur.