BİZNES

09 Fevral

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” və “Baktelecom”un müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım müşahidə olunub. Yerli araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, 2022-ci il ərzində “Aztelekom” və “Baktelecom”un ölkə ərazisində Müştəri Loyallığı İndeksi (Net Promoter Score ­– NPS) 2021-ci illə müqayisədə müvafiq olaraq 23 bal və 18 bal artıb.

Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib. “Aztelekom” və “Baktelecom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gibabit Passive Optical Networks) texnologiyası vasitəsilə genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və ötən il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.

Rəvanə Sərdarova

Fins.az