BİZNES

08 Fevral

Ötən il qeyri-neft məhsullarının ixracı artıb

“2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3% artıb”

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində paylaşıb.

O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3% artaraq 3 milyard 48 milyon dollar təşkil edib.

Rəvanə Sərdarova

Fins.az