2022-ci ildə Azərbaycandan 31 milyon 564 min dollar dəyərində 23 min 335 ton nar ixrac olunub.
Bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan 29 milyon 253 min dollar dəyərində 21 min 717 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 7,9%, miqdar ifadəsilə 7,5% artıb.
Bir ton narın orta ixrac qiyməti 2021-ci ildəki 1347 dollardan 2022-ci ildə 1353 dollara yüksəlib. (Marja)