Avropa İttifaqının (Aİ) kredit qolu olan Avropa İnvestisiya Bankı (EIB) Cənubi Qafqaz regionu üzrə 100 milyon avro dəyərində mikro, kiçik və orta sahibkarlığın inkişafı təşəbbüsünün dəstəklənməsi çərçivəsində ilk kreditini ayırıb.
Fins.az xəbər verir ki, bu barədə EIB məlumat yayıb.
Avropa İnvestisiya Bankı və Gürcüstanın 5-ci böyük kommersiya bankı “Credo Bank” arasında 28,8 milyon lari (10 milyon avro) dəyərində beşillik kredit sazişi imzalanıb. Bu, EIB tərəfindən dünya üzrə ilk belə razılaşmadır və digər ölkələr üçün presedent yaradır.
2022-ci ilin sonunda imzalanmış təşəbbüs, Azərbaycan, Gürcüstan və Ermənistanın orta və kiçik ölçülü banklarına xidmət təkliflərini genişləndirməkdə kömək etməklə Cənubi Qafqazda yetərli maliyyə xidməti ala bilməyən KOB-lar üçün inklüzivliyi və maliyyəyə çıxışını yaxşılaşdırmağı hədəfləyir.
"Bu təşəbbüslə Cənubi Qafqaz regionunda mikro, kiçik və orta sahibkarlıq sektorunda 26 500-ə yaxın iş yeri yaradılacaq və ya davamlılığı saxlanacaq ki, bu da, özəl sektora əsaslanan artıma təkan verəcək və KOB-lar üçün təxminən 6 150 sub-kredit şəklində maliyyə vasitəsilə sosial inteqrasiyanı təşviq edəcək.