BİZNES

27 Yanvar

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Sığortaçılar Assosiasiyası ilə ictimai müzakirəsi keçirilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən ictimai birliklər və assosiasiyalarla ictimai müzakirələri davam etdirir. Növbəti müzakirə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə keçirilib.

İN-dən Fins.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanda sığorta bazarının mövcud vəziyyəti, bu sahədə görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, assosiasiya tərəfindən şirkətlərə göstərilən dəstək və xidmətlərin əhatə dairəsi və digər mexanizmlər barədə məlumat verilib.

Görüşdə sığorta şirkətləri tərəfindən istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması, istehlakçı məmnunluğunun təmin olunması məsələləri müzakirə olunub.