BİZNES

25 Yanvar

Azərbaycanın xarici ticarət dövriyyəsi 52 mlrd. dolları ötüb

Azərbaycan 2022-ci ildə xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 55,4% çoxdur.

Məlumata görə, xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8%, idxal isə 24,2% artıb.

Əlavə edək ki, nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.