BİZNES

24 Yanvar

Balıqçılıq təsərrüfatının genişləndirilməsi layihəsi üzrə güzəştli kredit ayrılıb

"Beluqa Astara" MMC balıqçılıq təsərrüfatının genişləndirilməsi layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 500 min manat güzəştli kredit əldə edib.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun açıqlamasında deyilir.

Layihənin maliyyələşdirilməsi "Kapital Bank" ASC vasitəsilə həyata keçirilib.