BİZNES

23 Yanvar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə sahibkarlara xidmət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı KOB evi”ndə sahibkarlara xidmət göstərəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Fins.Az-a bildirilib ki, bu gündən daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Həmçinin “Bakı KOB evi”ndə AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidməti də göstərilir.