“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İB-dən Fins.Az-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəki şəhərində görüşü təşkil olunacaq. Aksiya şəhərin Heydər Əliyev Mərkəzində baş tutacaq. Səyyar qəbul otağı yanvarın 25-də saat 11:00-dan 12:00-dək sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.