Azərbaycanda ötən il tikinti materiallarının istehsalı 2021-ci illə müqayisədə 12.6% artaraq 1085,7 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, asfaltın istehsalı 4.6%, sementin istehsalı 3.5%, tikinti gipsinin istehsalı 15.4%, tikinti əhənginin istehsalı 29.4% artıb.